QUBADLININ DÜŞMƏNİ QORXUYA SALAN İGİD OĞULLARI: Əliyar Əliyevdən Bərxudarovadək... - VİDEOREPORTAJ

Qubadlı uğrunda gedən döyüşlərdə istər 1992-1993-cü illərdə, istərsə də hazırkı əks-hücum əməliyyatlarında Qubadlıdan olan bir çox mərd, qəhrəman oğullar döyüşüb, canını vətənimizin düşmən tapdağından azad olunması yolunda fəda edib.

ARB TV 1992-ci ildə Qubadlının müdafiəsi və Laçın əməliyyatlarında şəhid olan Milli Qəhrəman Əliyar Əliyev, bir neçə gün əvvəl şəhid olan Milli Qəhrəman, polkovnik Şükür Həmidovgeneral-mayor Mais Bərxudarovla bağlı süjet hazırlayıb.

Həmin süjeti təqdim edirik:

Milli Qəhrəman, Qubadlının ən cəsur övladlarından biri Əliyar Əliyevin ailə üzvlərinin sevinci ikiqat artıqdır.

Əliyar Əliyevin həyat yoldaşı Pəri Hüseynova bildirir ki, o torpaqların azad edilməsi ilə Milli Qəhrəmanın qəbrinin üstünə tez-tez gedib gələ biləcək: “Ən böyük arzumdur ki, onun qəbri orada qalsın, dağıtmasınlar. Gedib görə bilim”.

Əliyar Əliyev qızı Pərvanə Əliyeva isə qeyd edir ki, ilk işi atasının qəbrini ziyarət etmək olacaq: “Bilmirəm, qəbri qalıb-qalmayıb. Bizim müqəddəs bildiklərimizi onların qoruyub-saxlayacaqlarına inanmıram. Amma ən azından biz onu orada buraxmışıq. Onun kimi generallarımız, hərbçilərimiz var.

Mais Bərxudarov onun yolunu gedir. Allah can sağlığı versin. Bir çıxışında qeyd edib ki, atamın şəhid olduğu “Tikanlı zəmi”yə qələbə bayrağını sancacaq. Biz onu ondan çox gözləyirik”.






Fikirlər