Putin və Səudi şahzadəsi razılaşdılar

downloadRusiya prezidenti Vladimir Putin Soçidə Səudiyyə Ərəbistanı şahzadəsi, müdafiə naziri Muhammed bin Səlman ilə görüşüb.

AzPolitika.info-nun nəlumatına görə, görüşdən sonra KİV-ə açıqlama verən Rusiya XİN başçısı Sergey Lavrov bildirib ki, Rusiyanın hava əməliyyatları ilə bağlı Səudilərin narahatlığına son vermək üçün hərbi əməliyyatlar və kəşfiyyat məlumatları ilə bağlı əməkdaşlıq ediləcək.

Həmçinin Rusiya prezidenti və Səudi şahzadəsi arasında terrora qarşı mübarizə, Suriyada siyasi həll yolu və dialoq məsələri, eləcə də hərbi-texniki əməkdaşlıq və Fələstin mövzusunda müzakirələrin aparıldığı qeyd olunub.

Lavrov bu görüşdən sonra “Suriyada siyasi həll yolu ilə irəliləyəcəklərini” və “indi bir-birlərini daha yaxşı anladıqlarını” vurğulayıb.






Fikirlər