Araik Azərbaycana savaş ELAN ETDİ - Ordumuz Xankəndində peyda ola bilər

Ermənistan siyasi elitasında yenidən ara qarışıb, məzhəb itib. Qarşı cəbhə iki qütbə bölünüb: Qarabağın Azərbaycanın olduğu ilə razılaşanlar və razılaşmayanlar. Hər şey isə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransındakı açıqlamalarından sonra başladı.

Paşinyan burada xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. O qeyd edib ki, Qarabağda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ mübahisəli olmayıb və olmayacaq: "Mən bu barədə dəfələrlə ictimaiyyət qarşısında çıxış etmişəm. Ən azı bu hissədə əvvəllər danışıqlarda iştirak etmiş dairələrin nümayəndələri təsdiqlədilər ki, Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərə alınmayıb".

"Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni birliyi hesab edilməyib. Bu, ən azı əhali baxımından erməni-Azərbaycan birliyi kimi qəbul edilib, müşahidə edilib, qeydə alınıb", - Paşinyan xatırladıb. Ermənistanın baş naziri həmçinin bəyan edib ki, o, əvvəlki hakimiyyətin "Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır" ifadəsi ilə heç vaxt razılaşmayıb. "Mən bu ifadə ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, Qarabağdakı hakimiyyət də tam erməni ola bilməz", - deyə o, məxfi məlumatları açıqlamalı olduğuna işarə edib.

Paşinyanın bu sensasion açıqlaması bir çox məqamlardan xəbər verir:

İlk növbədə Paşinyanın dediklərinə istinad etsək demək olar ki, böyük sülh sazişi imzalanmaq ərəfəsindədir. Ermənistan baş naziri bu açıqlamaları ilə cəmiyyətinə və müxalifət nümayəndələrinə açıq elan edib ki, Qarabağ məsələsindən - Azərbaycana qarşı ərazi iddialarından, Azərbaycan torpaqları hesabına ikinci erməni dövləti yaradılması ideyasından rəsmi İrəvan əl çəkir.

Qondarma Artsax "lideri" Araik Arutyunyanın Paşinyana bu açıqlamalarına görə ultimatum verməsi ən diqqətçəkən məqamlardan olub. Ermənistan baş nazirinin dekabrın 24-də onlayn müsahibəsi İrəvanla Qarabağ separatçıları arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olub. Separatçılar Paşinyanın açıqlamalarını "milli maraqlara xəyanət" kimi qiymətləndirib və baş nazirin mövqeyi ilə razılaşmadıqlarını açıq şəkildə bildiriblər.

Araikin səsləndirdiyi "Arsax"dan başqa heç bir hökümət bizim taleyimizdən danışa bilməz. Azərbaycanlılarla birgəyaşayışdan söhbət gedə bilməz. Çünki onlar bizə qarşı nifrətlidirlər. Bu səbəbdən öz müqəddəratını təyinetmə məsələsi yalnız burada yaşayan ermənilərə aiddir" fikirlərdən də belə aydın olur ki, separatçı qüvvələr Azərbaycanla sülhə açıq şəkildə mane olmaqdan çəkinməyəcəklər. Qondarma rejimin bu gün qondarma parlamentinin nəzərdə tutulan növbədənkənar iclası da iki ölkə arasında gərginliyi yenidən alovlandırmaq, pik həddə çatdırmaq məqsədilə yeni planların, yeni təxribatların hazırlanması üçün bir məşvərət toplantısı olacaq. Araikin Paşinyana etiraz çıxışı zamanı "Rusiya sülhməramlıları "Arsax ordusu" tam qurulana qədər Qarabağda qalmalıdır. Bu, təhlükəsizlik üçün önəmlidir. Biz bu məqamda səhv edə bilmərik, yoxsa bu, "Arsax"ın sonu ilə nəticələnə bilər" sözləri də rəsmi Bakı tərəfindən olduqca ciddiyə alınacaq bir məqamdır. Çünki qondarma rejim rəhbəri sülhməramlı kontingenti məhz özlərinin xilaskarı, cangüdəni obrazında təqdim edib ki, bu da üçtərəfli bəyanatlara tamamilə zidd bir davranışdır.

Araikin çıxışından belə təsəvvür yaranır ki, Rusiya sülhməramlıları məhz qondarma rejimin mövcudluğunu qoruyub saxlamaq üçün Qarabağa yerləşdirib ki, bu qüvvələr bölgədə gərginliyin azalmasına, sülh, sabitlik yaranmasına imkan verməsinlər, belə olacağı təqdirdə isə Rusiyanın bu və digər halda Qarabağda mövcudluğuna imkan yaradan, rəsmi Moskvanı qane edən bir prosesdir. Hər halda Araik Arutyunyanın sözügedən açıqlamasının yalnız xülyasının məhsulu olduğunu, rus sülhməramlılarının işinin heç də separatçı, işğalçı qüvvələri qorumaq olmadığını nümayiş etdirmək məqsədilə Rusiya höküməti tərəfindən bir cavabın gələcəyini gözləməyə də ümid bəsləmək yanlışlıq olar. Çünki 44 günlük müharibədən bu yana - Bir ildən artıq bu vaxt ərzində sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonaları olan Qarabağ ərazisində apardıqları işlərə nəzər yetirsək görərik ki, Araik bunu havadan, boğazdan yuxarı yox, məhz kontingentin bu müddət ərzində onlara qarşı olduqca humanist mövqeyindən ilhamlanaraq bunları deyib.

Separatçı rejim liderlərindən olan David Babayan da baş nazirin çıxışına etiraz olaraq dünən mətbuata açıqlama verərək "Artsaxın müstəqilliyindən" danışıb və faktiki olaraq Paşinyanın mövqeyinə etirazını bildirib.

Təbii ki, bütün bu proseslər Azərbaycanın əl-qolunu tamamilə açır. Paşinyanın Azərbaycanla bağlamaq istədiyi sülhə mane olan Qarabağ separatçılarına qarşı Azərbaycanın antiterror əməliyyatlarına başlaması vaxtını daha da tezləşdirir. Bu zaman Rusiyanın da neytral qalacağı şübhəsizdir. Çünki Rusiya Qarabağ məsələsinin həllində, həm də ədalətli həllində maraqlıdır. Soçi görüşü də göstərdi ki, Kreml rəhbəri regionda kommunikasiya əlaqələrinin qurulması, yaradılması, sərhədlərin müəyyənləşdirilməsi proseslərinin tez bir zamanda start götürməsində maraqlıdır. Ermənistanın gözləntilərinin alt-üst olduğu Brüssel görüşü zamanı Qərbin mövqeyi də bir daha rəsmi İrəvana Azərbaycanla razılaşmaqdan başqa yolunun olmadığı ilə bağlı ciddi siqnal oldu. Böyük dövlətlərin nəhəng maraqlarına qarşı çıxan bir ovuc separatçı isə anlamır ki, postkonflik dövründə 44 günlük müharibə müddətindəki beynəlxalq siyasi vəziyyətindən də əlverişli vəziyyət yaratmağı, bu 1 il ərzində beynəlxalq əlaqələrini istədiyi kimi qurmağa başlayan Azərbaycana qarşı çox müqavimət göstərə bilməyəcək. 

Paşinyan da artıq çox gözəl anlayır ki, Azərbaycanla müharibə ritorikasından əl çəkməsə, onun devrilməsi an məsələsi olacaq. Qondarma separatçı rejim rəhbərinin Azərbaycana müharibə elanından başqa bir şey olmayan bu sərsəm bəyanatları isə İrəvanı Bakı ilə üz-üzə qoyub, daha ağır məğlubiyyət almasına səbəb ola bilər ki, bu da Ermənistanda daha ağır böhrana, xaosa, belə bir dövlətin Cənubi Qafqazda mövcudluğunun sual altına düşməsi ilə nəticələnə bilər. Paşinyan bilir ki, buna mane olmaq üçün Araik ya bəri başdan təslim olmalıdır, ya da məhv edilməlidir. Çünki o, çox yaxşı anlayır ki, onu devrilməkdən yalnız bu iki yol xilas edə bilər.

Araik Arutyunyan bəyanatında eyni zamanda ermənilərlə azərbaycanlıların birgə yaşaması ehtimalını rədd edib, Qarabağın "işğal olunmuş ərazilərinin azad edilməsi" uğrunda döyüşməyə hazır olduğunu qeyd edib ki, bu da qondarma rejimin qondarma rəhbərinin əslində Paşinyanın İlham Əliyevlə danışıqlarda əldə etdiyi razılaşmaları yerinə yetirməkdən imtinası deməkdir. Bu da Azərbaycanın çox qısa bir zamanda rus sülhməramlılarının Qarabağdakı müvəqqəti səlahiyyət zonası sayılan ərazilərdəki qondarma rejim qalıqlarının at oynatması prosesinə son qoymaq üçün əməliyyatlara start verməsi ilə nəticələnə bilər. Təbii ki, Araik və onun kimi digər qondarma rejim qalıqlarının Qarabağdan tamamilə təmizlənməsi indiki məqamda Ankara və Bakı ilə razılığa gəlməkdən, konstruktivlik nümayiş etdirməkdən başqa yolunun qalmadığını yaxşı anlamağa başlayan Paşinyanın işinə yarıyaracaq. //milli.az

Fikirlər