Mehriban Əliyeva Prezidentlə Yeni il fotosunu paylaşdı

Mehriban Əliyeva Prezidentlə Yeni il fotosunu paylaşdı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə Yeni il fotosunu paylaşaraq bayramla bağlı ürək sözlərini yazıb.

 “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Təbriklərinizə və xoş arzularınıza görə çox sağ olun! Biz də sizə ən səmimi təbriklərimizi çatdırırıq! Qoy üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Yeni ildə sizə möhkəm cansağlığı, arzularınızın çin olmasını, bol nur və sevgi diləyirik! Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!

Sevgilərlə,

Sizin MEHRİBAN”

 

 






Fikirlər