5 RUSİYA TƏYYARƏSİ VURULUB - Rus ordusu isə 6 hərbi aerodromu vurub + VİDEO (Yenilənib)

Ukrayna Ordu Qəraragahının məlumatına görə, Luqansk istiqamətində Rusiyanın 5 hərbi təyyarəsi və bir helikopteri vurulub. 

“AzPolitika.info” xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi təkzib etsə də, bir çox dünya KİV-ləri bunu təsdiqləyib.

Eyni məlumatı “Reuters” agentliyi də yayıb.

Rusiya isə Ukraynanın 6 hərbi aerodromuna raket zərbəsi endirib.

Bu barədə Ukrayna Ordusunun Qərargahı məlumat yayıb.

Eyni zamanda bildirilir ki, Rusiyanın Odessaya hərbi desant çıxardığı barədə məlumatlar həqiqətə uyğun deyil.

Ukraynanın İvano-Frankovsk hava limanına raket zərbəsi endirməsi nəticəsində baş verən partlayışın görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

 






Fikirlər