“Məlumatları jurnalistlərdən almasaydıq, bu dünya fərqli olardı" - Bayden

Prezident Cozef Bayden: "Biz Ukraynaya silah, pul və iqtisadi dəstək verməyə davam etməliyik ki, onların qurbanları məqsədlərinə çatsın"

Təsəvvür edin, bütün bu məlumatları jurnalistlərdən almasaydıq! Bu, fərqli dünya olardı".

Bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
 
"Mən həmişə mətbuata hörmət etmişəm, amma döyüş bölgələrində, atəşə tutulan jurnalistlərə nə qədər hörmət etdiyimi ifadə edə bilmərəm”, - ABŞ rəhbəri vurğulayıb.
 
Ağ Ev Müxbirlər Assosiasiyasının təşkil etdiyi ənənəvi qala şam yeməyinə qatılan dövlət başçısı Ukraynadakı müharibədə yaralanan və ya həlak olan jurnalistləri xatırlayıb, onlara ehtiram ifadə olunub.
 
Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyasının ev sahibliyi etdiyi qala-ziyafət 2020 və 2021-ci illərdə pandemiya səbəbindən keçirilməyib və sabiq prezident Donald Trampın ümumiyyətlə orada iştirak etmək ənənəsi olmayıb.






Fikirlər