Zelenski ilin ən nüfuzlu şəxsi seçildi - SİYAHI

Zelenski ilin ən nüfuzlu şəxsi seçildi

Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın “Time” jurnalının oxucularının versiyasına görə 2022-ci ilin ən nüfuzlu şəxsi seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnal yayıb.

Zelenski 3,3 milyondan çox səs toplayıb və səslərin 5%-ni qazanaraq birinci pillənin sahibi olub.

İkinci pillədə səslərin 3,5%-ni toplayan amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask yer alıb. 

Böyük Britaniyanın Baş naziri Boris Conson isə 3,4% səslə üçüncü pillədə qərarlaşıb.

Dördüncü pillədə isə koronavirus pandemiyası ilə mübarizədə vacib rol oynayan səhiyyə işçiləri (səslərin 3,2%-i) yer alıb.

ABŞ Prezidenti Co Bayden 3,1% səslə beşinci pillənin sahibi olub.

 

 






Fikirlər