Onlar da deputat olacaq: YAP seçim edir…

Onlar da deputat olacaq:  YAP seçim edir…

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısı ilə bağlı müzakirələr artmaqdadır. 

YAP-ın namizədləri ilə bağlı dünən yazdığımız xəbərdə bir sıra məşhur deputatlarının  yeni parlamentdə təmsilçiliyinə icazə verilməyəcəyi bildirilirdi.

Gununsesi.info-nun daha bir araşdırması zamanı bəlli olub ki, YAP-ın namizədləri siyahısına yeni isimlər əlavə olunub.

Bunlar Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri Elman Rüstəmov və İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevdir.

Məlumata görə hər iki şəxs YAP-ın deputatlığa namizədləri kimi elan olunacaq.

Rövnəq Abdullayevin  24 saylı Nizami birinci seçki dairəsindən namizədliyi irəli sürüləcək.

Elman Rüstəmov gəlincə,  onun da namizədliyi 120 Saylı Cəbrayıl Seçki Dairəsindən elan olunacağı deyilir.

 






Fikirlər