MAYİS BƏRXUDAROV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yerinə kim təyin olundu? + VİDEO (Yenilənib)

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi olub.

General-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub.

Qeyd edək ki, həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb.

“AzPolitika”-nın xəbər verir ki, 2-ci ordu korpusunun yeni komandiri Vilayət Quliyev Cəbrayıl rayonundandır.

General-mayor Quliyev Vilayət Quluyev Şuşanın azad edilməsində iştirak edən zabitlərdən olub. Vətən Müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb.

 

 

Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ savaşında Füzuli, Cəbrayıl, Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.

V.Quliyev şücaətlərinə görə Prezidentin Sərəncamı ilə “Rəşadət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.

 


 

***

Azərbaycan Ordusunda kadr dəyişikliyi olub.

"Unikal" xəbər verir ki, general-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub.

 


 

Qeyd edək ki, həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb.






Fikirlər