ƏRDOĞAN yaxın günlərdə Suriyaya gedəcək - İddia

Ərdoğan yaxın günlərdə Suriyaya gedəcək - İddia

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın 15 gündə Suriyaya gedəcək.

Yenisabah.az "Türkiye"yə istinadla xəbər verir ki, onun Dəməşqə səfəri zamanı Əməvi məscidinə baş çəkəcəyi, orada namaz qılacağı, habelə Suriyada keçid dövrünün rəhbəri Əhməd əl-Şəraa ilə görüşəcəyi iddia olunur.

 

Bundan başqa, Ərdoğan Suriya türkmənləri ilə də görüşü nəzərdə tutulub.

Xatırladaq ki, həftənin əvvəlində TGRT Türkiyə prezidentinin Cümə axşamı günü Suriyaya eyni məqsədlə səfər edəcəyini yazmışdı.






Fikirlər