Suriyaya yeni HÜCUM PLANI - İki DÜNYA NƏHƏNGİNİN yeni bəhanəsi
Rusiya yaxın zamanlarda ABŞ-ın Suriyaya hücum edəcəyini iddia edir. Publika.az xəbər verir ki, bu barədə İsrailin “Debka” saytı məlumat yayıb. İddiaya görə, Əsəd rejiminin Şərqi Qutada kimyəvi silahdan istifadə etməsi səbəbilə Tramp hökumətinin qüvvələri Suriyaya girəcək. Rəsmi Vaşinqton, hələ ki, iddialarla bağlı hər hansı açıqlama verməyib.