Böyük Britaniyanın Baş naziri və 6 nazir COP29-da iştirak edəcək...

Böyük Britaniyanın Baş naziri və 6 nazir COP29-da iştirak edəcək

Böyük Britaniyanın Baş naziri və altı nazir COP29 üçün Bakıya gedir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Böyük Britaniya hökumətindəki mənbələr yayıb.

Qeyd edilib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer və altı nazir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcəklər

COP29 sammiti 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda baş tutacaq. Birləşmiş Millətlər Təşkilatının təşkil etdiyi bu Zirvə görüşündə dünyanın müxtəlif ölkələrindən dövlət başçıları və hökumət nümayəndələri iştirak edəcəklər. Məqsəd iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni maliyyə hədəflərinin müəyyənləşdirilməsi və yaşıl enerji, dayanıqlı inkişaf kimi sahələrdə əməkdaşlığın genişləndirilməsidir.






Fikirlər