“COP29-un yüksək səviyyədə təşkili Azərbaycanın bəşər qarşısında tarixi xidmətidir”
“Azərbaycanda keçirilən və yüksək səviyyədə təşkil olunan COP29 sammiti ölkəmizin bütün bəşəriyət qarşısında tarixi xidmətidir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə bütün dünyaya örnəkdir: “Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizə və qlobal ekoloji mühitin yaxşılaşdırılması məsələsində dünya dövlətləri üçün örnək təşkil edirr. Ölkəmiz “yaşıl enerji”yə keçid, atmosferə buraxılan zərərli tullantıların minimuma endirilməsi, yaşıllıqların artırılması, səhralaşmaya qarşı mübarizə və s. istiqmaətində mühüm addımlar atmaqdadır. Azərbaycan “yaşıl enerji”yə keçid istiqamətində praktiki addımlar atmaqla bütün dünyada bu məsələyə böyük maraq oyatmaqda, bunun zəruriliyini əməli şəkildə onların diqqətinə çatdırmaqdadır. Bu baxımdan, hesab edirəm ki, ölkəmzidə keçirilən COP29 bütün dünyada yeni bir dönəmin əsasını qoyacaq, bu sammitdən sonra planetimizdə iqlim dəyişikliklərinə qarşı mübarizədə daha böyük və prinsipial uğurlara şahdi olacağıq”.