Vanqa İŞİD-in hücumu barədə xəbərdarlıq etmişdi

  1. Bolqarıstanlı öncəgörücü Vanqa ABŞ-da sentyabrın 11-də terror aktları və Taylandda sunami barədə, eləcə də 2016-cı ildə dini ekstremistlərin Avropanı zəbt edəcəyinə dair xəbərdarlıq etmişdi, The Daily Mirror qəzeti məlumat yayıb.Vanqa, 2010-cu ildə baş verən “ərəb baharı”ndan sonra başlayacaq və 2043-cü ildə mərkəzi Romada olacaq xilafətin qurulması ilə başa çatacaq böyük müharibəni öncədən görüb.

Nəşr vurğulayıb ki, Vanqanın “peyğəmbərliyi dəhşətlidir”. Əgər öncəgörücüyə inansaq artıq gələn ilin sonunda Avropanın indiki vəziyyəti mövcud olmayacaq, qitə isə çöllüyə çevriləcək.
Bununla yanaşı hal-hazırda “İslam dövləti” (İŞİD) Avropanın yaxınlığında yerləşən Suriya və Liviyanın ərazilərini ələ keçirir.
Qeyd edilir ki, 1996-cı ildə 85 yaşında ölən Vanqa həqiqətə çevrilən çoxsaylı hadisələri öncədən görüb. Bəziləri onu “Balkan Nostradamusu” adlandırır, belə ki, o, 50-ci illərdə iqlim dəyişiklikləri haqqında xəbərdarlıq edib. 






Fikirlər