Qatilə verilə biləcək yeganə mükafat dar ağacıdır
Azərbaycanda bir qrup QHT və 20 Yanvar şəhidlərinin ailə üzvləri Norveç Nobel Komitəsinə müraciət edərək, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsini xahiş ediblər. Müraciət müəllifləri haqlı olaraq qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə məhz Mixail Qorbaçovun əmri ilə Bakıya yeridilən qoşunlar 150 nəfəri qətlə yetirib, dinc əhaliyə qarşı ağır texnikadan da istifadə edərək qətliyam törədib. Bu səbəbdən də Qorbaçovun ali mükafatdan məhrum edilməsi tarixi ədalətin öz yerini tutması baxımından mühüm əhəmiyyətə malikdir. Norveç Nobel Komitəsinin məlum müraciətə hansı cavabı verəcəyi bəlli olmasa da, Azərbaycan xalqının ədalət naminə bu istiqamətdəki səylərini gücləndirməsi, Qobaçovun cinayətlərinin beynəlxalq miqyasda ifşa etməsi olduqca vacibdir. Bu, həm 20 Yanvar şəhidləri qarşısındakı mənəvi borcumuz, həm də 1990-cı ildə xalqımıza qarşı işlədilən ağır cinayət haqqında dünya xalqlarının məlumatlandırılnması baxımından mühüm önəm kəsb edir. Qorbaçov üç ildir ki, fiziki baxımdan mövcud deyil. Lakin xalqımıza qarşı törətdiyi dəhşətli cinayət səbəbilə o, bu gün də Azəbaycan insnaı tərəfindən nifrət və lənətlə yad edilməkdədir. Yoxluğu səbəbi ilə bu gün Qorbaçovu məsuliyyətə cəlb etmək, onu fiziki baxımdan hansısa formada cəzalandırmaq mümkünsüzdür. Lakin ona tarixdə layiq olduğu qiyməti vermək baxımından onun Nobel Slıh Mükafatından məhrum edilməsi vacibdir. Bu, günümüzün və gələcəyin cəlladlarına da yaxşı bir dərs, gözəl bir nümunə olar. Və əlini günahsız insanların qanına batıran, yaxud batırmaq istəyən hər kəs bir daha anlayar ki, sivil, ədalətli və demokratik dünyada qarilə verilə biləcək yeganə mükafat dar ağacı, ümumxalq nifrəti və sonsuz nifrətdir.