ANS telekanalının Baş direktorunun köməkçisi Murad Hüseynovun həyat yoldaşı, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova bir saat əvvəl dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, son günlər Gülər Məmmədovanın vəziyyəti ağırlaşmışdı. O, ağciyərlərində problem yarandığına görə, çətin nəfəs alırdı. Bu səbəbdən G.Məmmədova üç gün idi ki, süni nəfəs aparatına qoşulmuşdu.

Uzun müddətdir qan xərçəngindən əziyyət çəkən Gülər Məmmədova Türkiyədə müalicə olunub. Daha sonra Azərbaycana qayıdan jurnalistin vəziyyəti yenidən pisləşmişdi. Müayinə zamanı məlum olmuşdu ki, onun yenidən leykoz olduğu müəyyən edilmişdi. 

G.Məmmədova müalicə almaq üçün yenidən Türkiyəyə aparılmışdı. Lakin bu dəfə müalicə nəticə verməmiş və onun vəziyyəti ağırlaşmışdı. Onun Osman və Ayan adında iki azyaşlı övladı var.

Allah Rəhmət Eləsin...