RUS MƏTBUATINDAN SENSASİON sensasion iddia : Azərbaycan ABŞ-a boyun əymədiyinə görə cəzalandırılır - Təhlil

Amerika Senatının doqquz üzvündən ibarət Helsinki Komissiyası, Nümayəndələr Palatasının bir o qədər üzvü, Dövlət Departamenti və Müdafiə Nazirliyinin əməkdaşları ABŞ-ın Azərbaycana qarşı genişmiqyaslı sanksiyalar tətbiq edə biləcəyinə imkan verən qanun layihəsi irəli sürüblər. Məlumatlara görə, qanun layihəsinin məğzi bunlardan ibarətdir: Sanksiyalar respublika hökumətinin üzvlərinə və ABŞ-la ticarət edən biznes dairələrə, dövlət təhlükəsizliyi, güc strukturları və məhkəmə hakimiyyətinin  əməkdaşlarına qarşı tətbiq edilə bilər.

Qanun layihəsi həmçinin maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutur.

Ölkənin bütün siyasi istiblişmentinə - prezidentə, baş nazirə, onun müavinlərinə, nazirlərə, hakimiyyətin digər təmsilçilərinə və ailə üzvlərinə viza verilməsinin ləğvi bütün Azərbaycan dövlətinə qarşı yönələ biləsi aqressiv tədbirlər kompleksidir. Başlıca məzmun – ləngimədən energetika sektoru daxil olmaqla, hökumətlə BÜTÜN (!!!) iqtisadi əlaqələri kəsməkdir. Qanun layihəsi həmçinin Amerika dövlət qurumları tərəfindən Azərbaycan hökumətinin hətta humanitar sahə və səhiyyə daxil olmaqla, bütün layihələrin maliyyələşdirilməsinə qadağa nəzərdə tutur. Ən xain və məkrlisi "Söz azadlığına dəstək haqda" Qanuna düzəlişdən vetonun götürülməsidir. Bu düzəlişə əsasən, Azərbaycan tərəfi Ermınistan və Dağlıq Qarabağa münasibətdə embarqo və təcavüzkar yanaşmalar sərgilərsə, Azərbaycan hökumətinə yardım məhdudlaşdırılacaq.

Əlbəttə, qanun layihəsinin bu hissəsi rəsmi Bakıda, "nüfuzlu erməni diasporunun təsiri" kimi nəzərdən keçirilir.

Sonrası daha pisdir. Qanun layihəsi ABŞ Ticarət və İnkişaf Agentliynin Azərbaycanda fəaliyyətini yasaqlamağı nəzərdə tutur, həmçinin söhbət faktiki olaraq, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Respublika hökuməti ilə əməkdaşlığını qadağan edir. Hətta ABŞ hökumətinə Azərbaycanın aparıcı benəlxalq maliyyə-kredit qurumlarında – BVF, Ümumdünya Bankı və s.-də bütün layihələrini təcrid etmək tövsiyə olunur.

Qanun layihəsinə uyğun olaraq, Azərbaycan hökumətinin bütün hesabları, həmçinin “hökumət üzvlərinə, onların qohumlarına, hökumətlə bu və ya digər formada əlaqəsi olan işgüzar dairələrə dəxli olan hesablar dondurulur. Ölkənin bütün mülkünə həbs qoyulur, xaricdəki bütün biznes müəssisələrinin fəaliyyəti qadağan edilir”.

Bundan başqa, qanun qəbul ediləcəyi halda Azərbacan rəhbərliyi ilə sıx əlaqəsi olan bütün biznesmenlər təkcə ABŞ-da deyil, bütün Qərbdə hesabların qadağası və həbsi ilə üzləşə bilərlər. Vaşinqton AYİB-nın Azərbacanla əməkdaşlığına yasağı göstərməklə, artıq buna işarə edib. Məlum olduğu kimi, ABŞ-ın ardınca bir qayda olaraq kiçik qardaş – Avropa Birliyi də sanksiyalar tətbiq edir.

Daha bir mühüm məqam: Azərbaycan nümayəndələri yalnız Qarabağ üzrə danışıqlara görə ABŞ-a baş çəkə bilərlər.

Qanun layihəsinə görə, sanksiyalar yalnız o halda ləğv edilə bilər ki, Azərbaycan bütün siyasi dustaqları azad etsin, demokratik institutlar və vətəndaş cəmiyyətinin inkişafında önəmli inkişaf təsdiq edilsin, həmçinin azad və ədalətli seçkilərin keçirilməsi təmin olunsun. Yəni qanun layihəsi Azərbaycanda “insan haqlarının kütləvi şəkildə pozulmasına görə” cavab kimi Konqresə təqdim edilib.

“İnsan haqlarının kütləvi şəkildə pozulması” haqda çətin ki, kimsə mübahisə etməyə başlayar. Yeri gəlmişkən, insan haqları təkcə Azərbaycanda deyil, həm də ABŞ-ın özü daxil olmaqla, başqa ölkələrdə, məsələn, Ukraynada pozulur. Lakin amerikalılar sonuncuya münasibətdə mürtəce təhdidlər  səsləndirməyiblər. Əliyev rejimi heç də işıqlı və yumşaq olmasa da, düşünmək lazımdır ki, onu heç də insan haqlarını pozmağa görə deyil, ən müxtəlif sahələrdə ABŞ-a tabe olmamağa görə, cəza ilə hədələyirlər. Xüsusilə də, ATƏT-in ofisinin Bakıdan faktiki qovulmasına, Qərbin Azərbaycanın daxili işlərinə qarışmasına mətin müqavimətə, Xəzərin enerji resursları üzrəində Amerika nəzarətinin olmadığına, Bakının “yanlış” xarici siyasətinə görə hədələyirlər. Bu siyahını davam etdirmək də olar...

Bir sözlə, qanun layihəsi Azərbaycanın təcridinə yönəldilib, lakin məsələ burasındadır ki, o, qəbul ediləcəkmi?

Tamamilə mümkündür ki, Vaşinqton hələlik sadəcə Azərbaycanı qorxudur ki, bu və ya digər siyasi güzəştlər əldə etsin. Məhz hansıları? Yalnız təxmin etmək olar. Üzdə olanlar isə bunlardır:Suriya – Azərbaycan Rusiyanın hərbi texnikasının bu ölkəyə atılması üçün öz səmasını ona verdi; Azərbaycan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmadı; Azərbaycanın Avrasiya İqtisadi Birliyinə mümkün qoşulması.

Həmçinin: Rusiya ətrafında sabitsizlik qurşağının yaradılması, Bakının Xəzərə xarici hərbi qüvvənin buraxılmaması haqda qərara birləşdirilməsi; Türkiyə ilə “separat” münasibətlər; respublikada xarici QHT-lərin fəaliyyəti və maliyyələşdirilməsinin önlənməsi; Bakının Qarabağ nizamlamasını Moskvanın ixtiyarına verdiyi haqda şübhə...

Yeri gəlmişkən, sanksiyalar üzrə qanun layihəsi haqda məlumat Ermənistan və Azərbaycan prezidentlərinin İsveçrədə nəzərdə tutulmuş görüşünə iki gün qalmış ortalığa çıxdı – Sərkisyan və Əliyev son dəfə 2014-cü ilin payızında görüşüblər. Güman etmirəm ki, ayrı-ayrı bəndlərdə aşkar erməniyönlü xarakter daşıyan qanun layihəsi Qarabağ və Ermənistan-Azərbaycan nizamlaması üzrə danışıqlar üçün görüşdə prezidentlərin adekvatlığına səbəb olacaq.

Konqresə təqdim edilmiş qanun layihəsinin “anti-Azərbaycan” xarakteri haqda Azərbaycan XİN təmsilçisi Hikmət Hacıyev açıqlama verdi. Onun sözlərinə görə, sənədin təşəbbüsçüsü – konqresmen Kris Smit erməni lobbisinin təsiri altındadır.

Güman ki, Bakı erməni lobbisinin imkanlarını xeyli şişirdir, lakin Azərbaycanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri, “növbəti anti-Azərbaycan dalğasının başlandığı”nı bildirən Səməd Seyidovlarazılaşmamaq çətindir: “Bu cür cəhdlər artıq dəfələrlə olub və əminəm ki, bu qüvvələr gələcəkdə də Azərbaycanın əleyhinə işləyəcək”.

Onun fifkrincə, qanun layihəsinn Azərbaycan üçün heç bir faktiki önəmi yoxdur.

Qanun layihəsinin Azərbaycan üçün “faktiki önəmsizliyi”nə gəlincə, hətta onun qəbul edilməyəcəyi halda – çox güman ki, belə də olacaq – ABŞ-ın lobbiçilik etdiyi AB-nin Rusiyadan qaz müstəqilliyinin iflasa uğrayacağı barədə mübahisə etmək olar.

Birincisi, artıq önəmlidir ki, ümumiyyətlə sənəd meydana çıxıb.

İkincisisənəd aşkarca şantaj xarakteri daşıyır.

Üçüncüsü, o, Vaşinqtonun Azərbaycanı Əliyev rejimindən “xilas etməyi” qarşısına qoymuş həyəcan siqnalıdır – əbəs deyil ki, ABŞ rəsmiləri Azərbayanı artıq dəfələrlə “Maydan”la hədələyiblər.

Dördüncüsü, sözügedən sanksiyalar təkcə Azərbaycan məmurlarına qarşı deyil, həm də respublikanın bütün əhalisinə qarşı yönəlib.

Beşincisi, qanun layihəsində qeyd olunmuş “qırımlar” və niyyətlər maliyyə də daxil olmaqla Azərbaycanın təhlükəsizliyinə açıq təhdiddir. Azərbaycanın təhlükəsizliyinə təhdid isə, ən azı, Güney Qafqazın və Rusiya da daxil Xəzər hövzəsi dövlətlərin təhlükəsizliyinə təhdiddir.

Və hətta qanun layihəsi qəbul edilməsə də, Azərbaycana basqı çoxalacaq - ta o vaxta qədər ki, o, xarici, daxili və energetika siyasətinin bütün yönlərində öz suveren mövqelərini təhvil versin. Yəni ölkənin xaricdən idarə edilməsinə razılaşana qədər.

Lakin bu məqamda daha bir sual doğur: millətin konsolidasiyası haqda. Bir tərəfdən qanun layihəsi hətta qəbul edilməyəcəyi halda Azərbaycanda maraqlı ölkələrin və dairələrin ardıcıl şəkildə “qızdırdığı” destruktiv proseslərin katalizatoru ola bilər. Digər tərəfdən, Əliyev öz həmvətənlərinin müəyyən qismi üçün qəbuledilməz olsa da, Azərbaycan dövlətçiliyinə təhlükə, sırınmış çevrilişlərlə ölkələrin timsalı hakimiyyətə loyal olanları və ona nifrət edənləri onun ətrafında birləşdirə bilər.

Bundan başqa, Azərbaycan üzrə qanun layihəsi ABŞ-ın özü üçün də əks-səmərəli görünür: birincisi,Bakını avtomatik və məcburi olaraq Moskvanın ağuşuna atır, ikincisi, ABŞ-ın, nəzakətlə deyilsə, "harada aş, orada baş" siyasətindən kənar durmağa çalışan və Azərbaycanla energetik layihələrin uğuruna güvənən Avropa dövlətlərinin narazılığını doğuracaq.

 

İrina Corbenadze

Rosbalt.ru, 






Fikirlər