Putin TÜRKİYƏni yeni sanksiyalarla HƏDƏLƏDİ

Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirəcək.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Ümumrusiya xalq cəbhəsi”nin regionlararası forumunda çıxış edərkən bəyan edib.

“Biz tikinti-inşaat sahəsində Türkiyəyə qarşı məhdudiyyətləri genişləndirəcəyik. Hazırda ölkəmizdə ümumilikdə 50 milyard dollarlıq müqavilələrlə 300 Türkiyə tikinti şirkəti fəaliyyət göstərir”, deyə V.Putin bildirib.

Onun sözlərinə görə, sanksiyaların genişləndirilməsi sahəsində Rusiyada yeni 87 min iş yeri açıla bilər






Fikirlər