17.01.2014. - CHP-nin Ərbakan sürprizi

17.01.2014. - CHP-nin Ərbakan sürprizi Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyası (CHP) martda keçiriləcək bələdiyyə seçkisi öncəsində kreativ addım atb.
AzerTaym.az “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, CHP sabiq baş nazir, “Milli Görüş” mübarizəsinin lideri Nəcməddin Ərbakanın qardaşı oğlu Səbri Ərbakanın namizədliyini irəli sürüb.
Məlumata görə, Səbri Ərbakanın namizədliyi, əsasən Ərbakan tərtəfdarlarının yaşadığı İstanbulun Fateh rayonundan irəli sürülüb.
Qeyd edək ki, Türkiyənin baş naziri və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan bir vaxtlar Nəcməddin Ərbakanın siyasi mübarizəsinin ən fəal üzvlərindən biri olub.

17.01.2014. - CHP-nin Ərbakan sürprizi
17.01.2014. - CHP-nin Ərbakan sürprizi






Fikirlər