2050-ci ildə ən çox əhalisi olacaq şəhərlərin - Siyahısı

2050-ci ildə ən çox əhalisi olacaq şəhərlərin - Siyahısı 

 

Toronto Universitetinin tədqiqatçıları 2050-ci ildə ən çox əhalisi olacaq şəhərlərin siyahısını tərtib ediblər. Mütəxəssislər hesab edirlər ki, insan artımı çox yüksək templə baş verir. Onlar dünyada insanların sayının tezliklə 10 milyard olacağına inanırlar.

 AzerTaym.az AzərTAC-a istinadən xəbər verir ki, hazırda Tokio əhalisi ən çox olan şəhərlər arasında ilk sıradadır. Yaponiyanın paytaxtında 38 milyon insan yaşayır.

Mütəxəssislər müxtəlif üsullardan istifadə edərək, 2050-ci ildə hansı şəhərdə ən çox insanın yaşayacağını müəyyənləşdiriblər.

Hesablamalara görə, birinci yerdə 42, 4 milyon nəfərlə Mumbay, ikinci yerdə 36,2 milyon nəfərlə Dehli gəlir. Üçüncü yer Banqladeşin paytaxtı Dəkkəyə (35,2 milyon nəfər) verilib. Konqonun paytaxtı Kinşasa şəhərində də sakinlərin sayının 35 milyonadək artması mümkündür. Siyahıda sonrakı yerləri Kəlküttə, Laqos, Tokio, Karaçi, Nyu-York və Mexiko şəhərləri tutur.

Tədqiqatçılar əmindirlər ki, 2075-ci ildə Kinşasa bu siyahıda birinci yeri tutacaq, lakin 2100-cü ildə Laqos 88 milyon nəfərlə onu üstələyə bilər.






Fikirlər