İLHAM Əliyev PUTİNƏ başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının PrezidentiVladimir Putinə başsağlığı verib.

 AzerTaym.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.






Fikirlər