Novella Cəfəroğlu AYGÜN ATTARA dəstək oldu

Türkiyənin Giresun Universitetinin rektoru, professor Aygün Attarın rektor seçkisində qarşılaşdığı ədalətsizlik Az’rbaycan ziyalıların; narahat edib. İnsan haqları müdafiəçisi Novella Cəfəroğlu da Aygwn Attara qar.; olan haqsızlığa etiraz edənlərə qoşuldu.

İnterpress.az-a açıqlama verən hüquq müdafiəçisi Aygün Attarın təkcə Türkiyədə deyil, dünya miqyasında tanınmış ziyalı və elm xadimi olduğunu vurğuladı: “Türkiyədə elmin, təhsilin inkişafına bu qədər töhvələr vermiş bir ziyalıya qarşı bu gün meiada qara piar aparmaq düzgün deyil. Türkiyə mediasında bu qara piarı başladanların qanı, geni bəllidir. Bu adamlar Türkiyə ilə Azərbaycanın dostluğunu istəməyən, elmin inkişafına hər nə yolla olursa olsun mane olmağa çalışan qara qüvvələrdir. Aygün Attar Türkiyə, eləcə də Azərbaycan üçün çox önəmli olan “erməni soyqrımı”na qarşı dayanan, mübarizə aparan, elmi mənbələri araşdıraraq, hər iki dövlətin keçmişinə və bu gününə çirkab atmağa çalışanları təkbaşına susduracaq qədər güclü ziyalıdır. Belə ziyalının heykəlini qoymaq əvəzinə, xalqın gözündən salmağa çalışanların hansı millətə mənsub olduğu bəllidir artıq”. 

İnsan haqları uğurunda apardığı mübarizəyə görə, Avropa Şurası və ABŞ-ın Demokratiya uğrunda Marşall mükafatına layiq görülən hüquq müdafiəçisi Novella Cəfəroğlu hər hansı cəmiyyətin inkişafında qadınların, ziyalı qadınların önəmindən də danışdı: “Aygün Attarın bəzi elmi araşdırmaları dünyanın bir-neçə dilinə tərcümə olunub və böyük universitetlərdə dərslik kimi tədris olunur. Əslində bu gün həm Türkiyədə, həm də Azərbaycanda qadınların hüquqları pozulur. Cəmiyyət hələ də qadına layiq olduğu dəyəri verə bilmir. Belə bir məqamda hər iki dövlətdə ziyalı qadınlara dəstək olmalıyıq”.

AzerTaym.az






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi