ŞOK! Pentaqondan çağırış: “Türkiyə ordusu ƏRDOGANI devirsin, o dəli sultandır”

rr

ABŞ-ın Yaxın Şərq və Türkiyə üzrə mütəxəssisi, əski Pentaqon əməkdaşı, Obama administrasiyasının “danışan dili” kimi tanınan Mixael Rubin Türkiyədə ordunun dövlət çevrilişi etmək ehtimalının güclü olduğunu deyib. Avropa.info xəbər verir ki, Rubin, “American Enterprise Institute” internet saytında nəşr olunan yazısında hazırda Türkiyədəki vəziyyətin “acınacaqlı” olduğunu,, vəziyyətin daha da “pisləşdiyini” bildirib.

Türkiyədəki problemin yalnız yeni terror olmadığını deyən Rubin , ölkə iqtisadiyyatında da problemlərin (?) olduğunu qeyd edib. Onun iddiasına görə, Türkiyədə turizm sektoru zəifləyib, vətəndaşların alıcılıq qabiliyyəti mənfi istiqamətə doğru gedir və bütün bunların səbəbkarı da Türkiyə prezidenti Ərdoğandır.
Prezident Rəcəb Tayip Ərdoğanın “idarə edilməkdən” çıxdığını söyləyən Rubin, Türkiyənin dövlət başçısını “dəli sultan” adlandırıb. “Müxalifləri həbsə atır, mətbuata təzyiq edir və “dəli sultan” saraylar inşa etdirir” deyə ABŞ hökumətinin “danışan dili” Türkiyənin dövlət başçısını təhqir edib.
Ərdoğanın Konstitusiya Məhkəməsinin qərarı ilə razılaşmamağını “diktatura” adlandıran Rubin Türkiyə prezidentini “paranoy” adlandırmaqdan belə çəkinməyib. “Onun ani romantik addımları Türkiyə olduğu kimi ölkə xaricində də qarışıqlıq yaradır. Hətta iqtidar partiyasında belə onun paranoyası haqqında pıçıldaşırlar”
Ərdoğanın PKK ilə qarşıdurmasını da xatırladan Rubin, terror təşkilatına havadar çıxaraq Ankaranın PKK -nı məğlub etmək şansının olmadığını yazıb. ABŞ-ın “danışan dili” Ərdoğanın Türkiyəni “uçuruma apardığını”, lakin ölkənin “qurtuluş yolunun” olduğunu da qeyd edib. Yazısının bu yerində Rubin həyasızcasına türk əsgərini “dövlət çevrilişi”nə səsləyir: “Çıxış yolu birdir, Türkiyə ordusu Ərdoğanı devirərək yaxın ətrafını həbsə atmalıdır.”
Onun fikirincə, “dövlət çevrilişi” baş verərsə, Obama administrasiyası buna göz yumacaq. “Obama hökuməti prezident seçkiləri ərəfəsində çevriliş liderlərinə qarşı tənqidi dillə danışmaz. Xüsusən də bu çevriliş ölkədə demokratiyanın bərpasına yönəlirsə. Vaşinqton 2013-cü ildə devrilən Misir prezidenti Mursi kimi Ərdoğana da kədərlənməyəcək. Həm demokratlar, həm də respublikaçılar yeni rejimlə iş birliyində olacaq. Türkiyənin çevriliş nəticəsində qurulacaq yeni hökuməti kürdlərlə (PKK oxu:red) əməkdaşlıq edərsə, Vaşinqtonun dəstəyini qazanacaq” deyə Rubin yazısında qeyd edib.






Fikirlər