Zakir Həsənov GENERALLARIN Bakı görüşünün MƏQSƏDİNİ AÇIQLADI

Zakir Həsənov generalların Bakı görüşünün məqsədini açıqladı

Azərbaycan-Gürcüstan-Türkiyə hərbi rəhbərlərinin 4-cü üçtərəfli görüşü Türkiyədə keçiriləcək.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 3-cü üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
O qeyd edib ki, Bakı görüşü üç qardaş ölkənin rəhbərlərinin tapşırıqları əsasında həyata keçirilib.
Nazir qeyd edib ki, görüş vaxtı regionda hərbi siyasi vəziyyət müzakirə edilib:
"Görüş 3 qardaş ölkə əməkdaşlığının strateji səviyyədə olmasını təsdiq edir. Görüşün məqsədi 3 qardaş dövlətin regionda həyata keçirilən strateji, iqtisadi layihələrin təhlükəsizliyini təmin edilməsi, bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir".
Z.Həsənov qeyd edib ki, görüşdə işçi qrupunun bir neçə il ərzindəki fəaliyyətinə dair hesabat da dinlənilib:
"2019-cu ilin fəaliyyət planını da təsdiqlədik. Görüşdə beynəlxaq hüquq əsaslanaraq dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı məsələsi vurğulandı. Üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. Hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır və bununla bağlı qərar verdik. İqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması ilə bağlı üçtərəfli komanda qərargah təlimləri hazırda Türkiyə ərazində keçirilir. Bu ildən etibarən təlimlərdə əsgəri gücdən istifadə olunur. Növbəti üçtərəfli görüş Türkiyədə keçiriləcək".






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi