Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI

Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI

Azərbaycan Nazirlər Kabineti Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibini təsdiqləyib.

"Report"un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib.
Kollegiyanın sədri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovdur.
Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov, komitə sədrinin müavinləri Rauf Səlimov, Yusif Yusifov, Naxçıvan Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov, Dövlət Statistika Komitəsi Aparatının rəhbəri Cabbar Musayev, Aparatın statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev, Aparatın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov, Aparatın milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov, Aparatın sosial statistika şöbəsinin müdiri Elçin Hacı, Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Xəqani Məmmədov isə kollegiyanın üzvü təyin olunublar.






Fikirlər