Eldar Mahmudov öz cinayətlərinin İZİNİ necə itirib?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı daha bir maraqlı məlumat yayılıb. «Azadlıq» qəzetinin yazdığına görə, keçmiş nazir Eldar Mahmudov “vurulandan” 1 gün sonra nazirlikdə bir “QAZel” sənəd məhv edilib.

Adının açıqlamasını istəməyən mənbə bildirib ki, sənədlər nazirliyin Anti-Terror Mərkəzində otaqların birində qoyulan xüsusi aparatla kiçik hissələrə bölünərək, sıradan çıxarılıb. Sənədlərin məhv edilməsi Eldar Mahmudovun və onun dəstəsinin törətdiyi bir sıra qanunsuz əməllərin izini itirmək məqsədi güdüb və buna qismən nail olunub.

Belə ki, mənbənin sözlərinə görə, Eldar Mahmudov işdən çıxarılandan bir gün sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları MTN-ə daxil olub. Ancaq onların gecikməsi Anti-Terror Mərkəzinin rəisi Elchin Quliyev və onun müavini İlqar Əliyevə imkan verib ki, hakimiyyətdə olan ayrı-ayrı yüksək vəzifəli məmurlar, habelə, onların övladları ilə bağlı sensasion kompramatları yox etsin. Anti-Terror Mərkəzinə daxil olan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları otağın yarısına qədər sıradan çıxarılmış sənəd görüb. Məhz elə həmin günü ATM-in rəis müavini İlqar Əliyevin həbsinə qərar verilib. Həmin materiallar o qədər çox olub ki, hətta onu MTN-dən çıxarmaq üçün “QAZel” gətirilib.

Həmçinin, ATM rəhbərliyinin məhv etdiyi materiallar arasında disklər də olub.






Fikirlər