“Azərbaycanda fəhlə çatışmazlığı var” – NAZİR

 

“Azərbaycanda əksər fəhlə ixtisasları üzrə çatışmazlıq mövcuddur”.

Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Mülümov deyib.
O bildirib ki, sovet dövründən sonra fəhlə peşələri öz populyarlığını itirib:
Son vaxtlar ölkədə kənd təsərrüfatının sürətlə inkişafını müşahidə edirik. Amma kənd təsərrüfatı işləri görmək üçün bizim kifayət qədər fəhlə potensialımız yoxdur və ya çatışmır. Rayonlarda, qıraq kəndlərdə bir traktorçu tapanda hamı sevinir. Hazırda Azərbaycanda tütünçülük, pambıqçılıq, baramaçılıq kimi sahələrin inkişafına təkan verilib. Bütün bu sahələrə yüksək ixtisaslı fəhlə kadrlarının yetişdirilməsi tələb olunur”. /Report

 






Fikirlər