Sahibsiz itlər Masazırda adamlara hücum edir

Abşeron  rayon Masazır qəsəbəsində sahibsiz itlər o qədər çoxalıb ki, artıq sürü halında gəzir və adamlara hücüm etməkdən çəkinmirlər. Qəsəbə sakinlərindən birinin redaksiyamıza verdiyi məlumata görə sahibsiz itlər iyunun 16- da Seyd Əzim Şirvani küçəsində azyaşlı bir uşağa hücum ediblər. Bunun nəticəsində uşaq ağır bədən xəsratətləri alıb, pisxoloji sarsıntı keçirib. Mənbənin sözlərinə görə qəsəbə ərazsində oxşar başqa bir hadisənin də iyunun 15-də baş verməsi haqqında sakinlər arasında söz-söhbət yayılıb.

Yaranmış vəziyyətlə bağlı qəsəbə sakinlərinin Masazır Bələdiyyəsinə, Abşeron rayon icra hakimiyyətinin Masazır qəsəbəsi üzrə Ərazi İcra Nüməyəndəliyinə, Abşeron rayon baytarlıq idarəsinə və Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciətləri heç bir nəticə verməyib. Görünür daha bədbəxt hadisə baş verməyənə kimi aidiyyatı orqanlar hərəkətə keçməyəcəklər. Qəsəbə sakinlərin ən çox narahat edən məqam isə sahibsiz itlərdə quduzluq xəstəliyinin olması və bunun yayılma ehtimalının böyük olmasıdır.

Mövzu ilə bağlı Abşeron rayon Baytarlıq İdarəsinin mövqeyini öyrənməyə çalışacağıq.

"AzerTaym.az"






Fikirlər