Misir Mərdanovdan YENİ tədris ili açıqlaması

Misir Mərdanovdan yeni tədris ili açıqlaması

“Bunlar təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün stimuldur”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov15 sentyabr - Bilik günü münasibətilə məktəbliləri təbrik edib.

M.Mərdanov Ölkə.az saytına açıqlamasında deyib ki, 15 sentyabr şagird və valideynlərlə yanaşı, Azərbaycan təhsil işçiləri üçün də əziz gündür.

Azərbaycanda ölkə prezidenti tərəfindən təhsil sahəsində uğurlu siyasət aparıldığını vurğulayan nazir qeyd edib ki, ölkə başçısının iştirakı ilə hər il Bilik günü ərəfəsində yeni və müasir təhsil müəssisələri istifadəyə verilir:

“Belə açılışlar cənab Prezidentin iştirakı ilə bu il də olub. Təbii ki, bütün bunlar Azərbaycanda təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün stimuldur. Mən bir daha Bilik günü münasibətilə Azərbaycanın bütün təhsil işçilərini, müəllimlərini, valideynlərini və şagirdlərini təbrik edirəm. Onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”.

 






Fikirlər