Nikaha daxil omaq istəyən şəxslərdən 133 nəfərində QİÇS aşkarlanıb

QICS-AIDS

Keçən ilin iyunun 1-dən bu ilin sentyabr ayının sonuna qədər nikaha daxil olmaq istəyən 197 554 nəfər icbari tibbi müayinədən keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yalnız ötən ay ərzində 10 990 nəfər tibbi müayinədən keçib.
Müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar edilib.
Müayinədən keçən 9 131 nəfərdə talassemiya daşıyıcılığı, 749 nəfərdə sifilis, 133 nəfərdə isə QİÇS aşkarlanıb.
Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir.






Fikirlər