28.06.2014.- Yüksək təşkilatçılığın,peşəkar və nümunəvi tibb personalının tək ünvanı...

28.06.2014.- Yüksək təşkilatçılığın,peşəkar və nümunəvi tibb personalının tək ünvanı...
28.06.2014.- Yüksək təşkilatçılığın,peşəkar və nümunəvi tibb personalının tək ünvanı...













Bu gün Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı bütün digər sahələrdə olduğu kimi ölkə səhiyyəsində də dinamik inkişafı təmin etmişdir.
Artıq neçə ildir ki, respublikamızda səhiyyənin idarəolunması, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi və gücləndirilməsi, yeni texnologiyaların tətbiqi istiqamətində davamlı olaraq irimiqyaslı dövlət tədbirləri həyata keçirilməkdədir.

Təbii ki, ölkənin səhiyyə sistemində xüsusi diqqət və qayğı ilə əhatə olunan sahələrdən biri də ana və uşaq sağlamlığı ilə bağlıdır.
Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir.
Təsadüfi deyil ki, bu gün Azərbaycan doğum statistikasına görə Avropa ölkələri arasında aparıcı mövqeylərdə durur.
Əlbəttə ki, bu sahədə görülən işlərin əməli səmərəsi son nəticədə özünü ölkə ərazisində fəaliyyət göstərən doğum evləri və perinatal mərkəzlərin işində büruzə verir. Məhz bu baxımdan da bu tip səhiyyə müəssisələrinin fəaliyyəti daim ictimaiyyətin diqqət mərkəzində olur.
Belə müəssisələrdən biri də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 3 saylı doğum evidir.

28.06.2014.- Yüksək təşkilatçılığın,peşəkar və nümunəvi tibb personalının tək ünvanı...

Təəssüflər olsun ki, son vaxtlar ölkə mətbuatının səhifələrində, paytaxtımızda fəaliyyət göstərən doğum evlərinin fəaliyyətindən bəhs edən materiallarda daha çox şikayət və iradların əks olunduğu fikirlərə rast gəlirik. Lakin bu əsnada öz vəzifə borclarını vicdanla yerinə yetirən, həkim şərəfini uca tutan mütəxəssisləri unutmaq qətiyyən düzgün mövqey deyil. Məhz bu baxımdan da 3 saylı doğum evinin fəaliyyəti paytaxtın bir çox analoji tibb müəssisələri üçün nümunə ola bilər.

Bu gün 3 saylı doğum evində gənc analar və yeni dünyaya gələn körpələr üçün olduqca münasib şərait yaradılmışdır.
Baş həkim NƏZAKƏT HƏSƏNOVANIN rəhbərlik etdiyi bu tibb müəssisəsində hər zaman mamalığın prioritet məsələlərindən olan ana sağlamlığı günün ən aktual məsələsi kimi diqqət mərkəzində saxlanılır.
Diqqətəlayiq haldır ki, ağır patologiyaları olan hamilə qadınların müayinə və müalicəsinə diqqətin artırılması, müasir laborator müayinələrin tətbiq olunması, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında müalicə planının işlənib hazırlanması, lazım olduqda mütəxəsis baxışlarının təşkil edilməsi nəticəsində son illər ərzində 3 saylı doğum evində ana ölümü halları olmamışdır.
Öz fikirlərinini bizimlə bölüşən NƏZAKƏT xanım hər zaman xüsusi olaraq qeyd edir ki, bu gün Azərbaycan dövlətinin və ölkə rəhbərliyi tərəfindən səhiyyəmizin inkişafına göstərilən diqqət və qayğı, bu sahədə çalışan insanlar üçün yaradılan imkanlar 3 saylı doğum evinin kollektivini daha yaxşı işləməyə ruhlandırdığı kimi, həm də onların məsuliyyətini dəfələrlə artırır. Bu müəssisədə çalışanlar yaxşı dərk edirlər ki, hər bir ananın və hər bir uşağın sağlamlığı bu gün bizim cəmiyyətimiz tərəfindən irəli sürülən ən ümdə tələblərdəndir. Məhz elə bu məsuliyyət də doum evinin yüksək ixtisaslı peşəkarlardan ibarət kollektivini öz işlərində son dərəcə diqqətli olmağa sövq edir.

28.06.2014.- Yüksək təşkilatçılığın,peşəkar və nümunəvi tibb personalının tək ünvanı...
Həmçinin 3 saylı doğum evində işin təşkilindən danışarkən qeyd etmək lazımdır ki, baş həkim NƏZAKƏT HƏSƏNOVA hər zaman kadrların təkmilləşməsi məsələsinə də xüsusi önəm verir.
Burada mütəmadi olaraq orta tibb işçiləri ilə də treninqlər keçirilir.
Personala müasir dezinfeksiyaedici məhlulların hazırlanması və işlədilməsi barədə, yenidoğulmuşlara ilkin reanimasiyon tədbirlərin aparılmasında kömək barədə, döşlə əmizdirmənin gənc analar arasında təbliği, yenidoğulmuşun sərbəst qidalanmasının üstünlükləri barədə geniş bilgilər verilir. Lakin NƏZAKƏT xanımın bu müəssisəyə rəhbərliyi yalnız onun təşkilatçılıq bacarığı üzərində qurulmamışdır. 3 saylı doğum evinin baş həkimi öz peşəsinə incəliklərinə qədər sahib olan və xəstələrlə davranışında səmimi münasibəti ilə seçilən bir mütəxəssisdir. Həmçinin NƏZAKƏT HƏSƏNOVANIN rəhbərlik etdiyi kollektivin bütün problemlərinə də hər zaman böyük həssaslıqla yanaşır, tabeliyində çalışan insanların arzu və istəklərini daima nəzərə alaraq onlardan öz köməyini heç zaman əsirgəmir.

Bütün bunların nəticəsidir ki, bu gün Bakının bir çox digər rayonlarından da ana olmağa hazırlaşan gənc xanımlar daha çox məhz 3 saylı doğum evinə üz tuturlar. Burada hökm sürən mehribanlıq, qayğıkeşlik və səmimiyyət atmosferi, həkimlərin
və tibbi personalın peşəkarlığı barədə ağızdan-ağıza ötürülən xoş sözlər 3 saylı doğum evini paytaxt sakinlərinə artıq çoxdan şəhərimizin ən qabaqcıl tibb müəssisələrindən biri kimi tanıtmışdır.



Azər Abdulla.






Fikirlər