"Hakimiyyət təmsilçilərinin yararsızlığını ifşa etmək üçün müxalifətə ehtiyac yoxdur"

Картинки по запросу aslan ismayılov
Yadınızdadırsa əvvəlki yazılarımdan birində bildirmişdim ki, bu hakimiyyətin mahiyyətini, təmsilçilərinin səviyyəsini bilmək üçün sadəcə onları danışdırmaq və ağızlarından tökülənləri anlamağa çalışmaq lazımdır.
Bilirəm ki, anlaya da bilməyəcəksiniz, çünki əksəriyyət özləri demişkən cəmiyyətin tör-töküntüləridir. Dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə cəlb olunan polis qüvvələri vətəndaşlar arasında qarşıdurma baş verib. Növbəti təyinatlı deputat Astan Şahverdiyev baş vermiş münaqişəyə münasibət bildirib. Əminəm ki, bu günkü hakimiyyətdə təmsil olunanların təsadüfi adamlarla zəngin olduğu barədə elmi əsər yazmaq üçün tək bu müsahibə kifayətdir. Müsahibənin hamısına yox, təkcə iki cümləsinə münasibət bildirirəm.
A.Şahverdiyev bildirir ki, “Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. Mən gəldim yerində araşdırdım məsələni. “Azərişıq”-ın müavinləri, Cəbrayılın icra başçısı da burda idi. Danışıb konsensusa gəldik”. 
Sual olunur, bir qrup nəşəli, içkili insanlarla, qanunu pozan şəxslərlə nə üçün danışıq aparıb razılığa gəlirdilər?
İkinci, təyinatlı deputat müsahibəsini malalamaq üçün “Mən nəşəli deməzdim, onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da. Hər yerdə belə tör-töküntülər var”. 
Mənim şəxsən tanıdığım çoxlu sayda elmlər namizədi, elmlər doktoru var ki, həqiqətən rus bazarlarında işləyib, pul qazandıqdan sonra Bakıya qayıdıb, özlərinə ev alıb illərlə yaşadıqları yataqxanadan köçüblər. Onların sırasında bu gün ölkədə ən böyük elmi tədqiqat institularının rəhbəri işləyənlər də var. Bu gün Azərbaycanda onların yerini tör-töküntülər tutduğundan, ölkəni taladıqlarından, həqiqətən onlar Rusiya bazarlarında işləməyə vadar olublar.
Sonda bir daha təkrar edirəm, bu gün Azərbaycandakı hakimiyyət təmsilçilərinin yararsızlığını ifşa etmək üçün müxalifətə ehtiyac yoxdur, sadəcə onları danışdırmaq lazımdır.
Aslan İsmayılov, tanınmış hüquqşünas






Fikirlər