28.06.2014.- Səhiyyə Nazirliyi xəstə şairlə bağlı göstəriş verdi

28.06.2014.- Səhiyyə Nazirliyi xəstə şairlə bağlı göstəriş verdi28.06.2014.- Səhiyyə Nazirliyi xəstə şairlə bağlı göstəriş verdi











Səhiyyə Nazirliyi şair, rəssam Adil Mirseyidlə bağlı göstəriş verib. Millət vəkili Qənirə Paşayevanın verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Tibb Yardım İdarəsinin rəhbəri Gülmirzə müəllim bütün tapşırıqları verib.

ANS-in məlumatına görə, şairin evinə təcili tibbi yardım göndərilib. "Şair Səhiyyə Nazirliyinin tapşırığı ilə bu sahədə yaxşı mütəxəsislərin olduğu xəstəxanaya yerləşdirildi. Gülmirzə müəllim Adil bəyin sağalması istiqamətində xəstəxanaya bütün tapşırıqların verildiyini bildirdi. Artıq müayinə və müalicələr başlayıb. Allahın və həkimlərimizin yardımı ilə inşallah Adil bəyin yaxşılaşması üçün dualarınızı və diqqətinizi əsirgəməyin".

Deputat bu günə qədər Adil Mirseyidlidən qiqqət, dəstək və qayğısını əsirgəməyən hər kəsə təşəkkür edib.

Baxışov Adil Mirseyid oğlu (Adil Mirseyid) 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olub. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.
Adil Mirseyid qaraciyər serrozundan əziyyət çəkir.

İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.






Fikirlər