Paytaxtdakı “Qul bazarı”nda işsizlər ordusu VİDEO, FOTOLAR

Paytaxtdakı “Qul bazarı”nda işsizlər ordusu VİDEO, FOTOLAR

17-dən 70-ə kimi hamısının dərdi eynidir. 
Hər gün səhər tezdən evdən çıxıb, ailələrinə çörəkpulu gətirmək ümidi ilə buraya üz tuturlar. Gündəlik dolanışıqları üçün bəzən ən çətin, ən ağır işləri görməyə, onlara verilən bir günlük çörək pulu ilə razılaşmağa məcbur qalırlar. Söhbət paytaxtın mərkəzində, Nizami rayonunda, Xalq Dostluğu körpüsünün altında təşkil olunan qul bazarındakı fəhlələrdən gedir. 
Əllərində yemək və iş paltarı qoyduqları sellofan torbalar, yanlarında iş alətləri. Yolun kənarında durub ötən hər avtomobilə ümidlə baxırlar. Kimsə maşını saxlayıb onları daş qaldırmağa, yer belləmək və ya hansısa bir ağır işi görməyə aparacaq. Ən çətin işə də könüllü razıdırlar. Yetər ki, ailələrinə çörəkpulu aparsınlar. Lakin bu arzuları da çox zaman reallaşmır. 
Bu gün də günorta saatlarına olmasına baxmayaraq, təqribən 70-ə yaxın fəhlə hələ də işsizdir, gözləri yol çəkir.  Hər biri işi almaq  üçün can atır. Fəhlə aparmağa gələn müştərinin avtomobilinin ətrafına elə sıx toplaşırlar ki, həmin insanlar da çətin vəziyyətə düşür. 
Daha ətraflı təqdim etdiyimiz videodan izləyin.
 
 











Fikirlər