İSLAM OYUNLARI VƏ "FORMULA-1"Ə GÖRƏ DƏRS BAĞLANACAQMI? - RƏSMİ
Bu il Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarının tədris prosesinə təsirinin olub-olmacağına aydınlıq gətirilib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, hazırda bu məsələ müzakirə olunmur. "Beynəlxalq idman yarışlarının keçirildiyi coğrafi məkanların yaxınlığında yerləşən təhsil müəssisələrində bu məsələyə baxıla bilər. Hazırda bu istiqamətində müəyyən işlər həyata keçirilir. Bu məsələlərdə biz çevik hərəkət edirik və həmin ali təhsil müəssisələrinin rəhbərlikləri ilə birlikdə Təhsil Nazirliyi daimi əlaqə yaradır”, - deyə nazir bildirib.