MƏLAHƏT İbrahimqızı: “Seriallarla bağlı CİDDİ NÖQSANLAR mövcuddur”

Image result for məlahət ibrahimqızı

“Azərbaycanın müxtəlif televiziya kanallarında çəkilən və efirə yayımlanan bir sıra seriallarda ailə institutuna zidd olan məqamlar mövcuddur. Buna qarşı addımlar atılması üçün təklif edərdim ki, həmin seriallar çəkildikdən sonra hansısa şura tərəfindən baxılsın və sonra efirə yayımlansın”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Məlahət İbrahimqızı bildirib.

M.İbrahimqızı Azərbaycan dili ilə bağlı qanunvericliliyin mövcud olduğunu da xatırladıb:

“İndi şəhərimizdəki bir çox kino salonlarda uşaqlar üçün verilən filmlər rus, ingilis dilindədir. Hətta aparılan montorinqlər nəticəsində məlum olub ki, çox az hallarda belə filmlərin altında Azərbaycan dilində tərcümə gedir. Hesab edirəm ki, biz öz dilimizi unutmamalı, belə hallara yol verməməliyik”.






Fikirlər