İTV-də yeni TƏYİNATLAR

İTV-də yeni təyinatlar

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub. 

AzerTaym.az-ın Lent.az-a istinadən məlumatına görə, Elçin Həsənov və Cabbar Quliyev baş direktor Cəmil Quliyevin müavini təyin edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumatı təsdiqləyib. O bildirib ki, yeni müavinlər artıq bir həftədir işini icra edir.

Bildirək ki, indiyə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini Şaiq Məmmədov vəzifəsindən azad edilib.






Fikirlər