Prezidentin orden verdiyi məmurlar KİMDİR?

Prezidentin orden verdiyi məmurlar kimdir?

Prezident İlham Əliyev bu gün bir sıra sərəncamlar imzalayıb.

Prezident Süleyman Abbas oğlu İsmayılovu dövlət qulluğunda səmərəli fəaliyyətinə, Əli Abdulla oğlu Məmmədovu inşaat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edib.

Süleyman İsmayılov 14 iyul 1957-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.

 Картинки по запросу SÜLEYMAN İSMAYILOV

1982-ci ildə Bakı Komissarı adına Rayonu 236 nömrəli orta məktəbdə müəllim, 1982-1986-cı illərdə Azərbaycan LKGİ 26 Bakı Komissarı adına Rayon Komitəsində təlimatçı, 1986-1991-ci illərdə 26 Bakı Komissarı adına Rayon Xalq Nəzarəti Komitəsində təlimatçı-müavin, 1991-ci ilin may-sentyabr aylarında 26 Bakı Komissarı adına Rayon Partiya Komitəsində təlimatçı, 1991-1992-ci illərdə Bakı "Spessistemservis" İstehsalat sahəsində hüquq məsləhətçisi, 1992-1994-cü illərdə Naxçıvan MR-nin Bakı şəhərindəki Daimi Nümayəndəliyində mütəxəssis, baş mütəxəssis-müavin, 1994-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Ümumi şöbəsində Ümumi sektorun müdiri, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.

Əli Məmmədоv isə 8 iyul 1947-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində dünyaya gəlib. 1965-ci ildə Bərdə rаyоnu Yeni Daşkənd kənd оrtа məktəbini bitirib.

  

1965-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakultəsinin "Hidroelektrostansiyalar və çay qurğularının inşaatı" şöbəsinə daxil olub, 1970-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirərək "mühəndis-hidrotexnik" ixtisası alıb. 1970-ci ildə institutu bitirdikdən sonra SSRİ Energetika Nazirliyinin "Azərenerjitikinti" Tresti Sərsəng TQİ-də mühəndis, böyük mühəndis, sahə rəisi və istehsal-texniki şöbənin rəisi vəzifələrində işləyib. 

Əli Məmmədov 1977-1983-cü illərdə Şəmkir SES TQİ-də istehsalat şöbəsinin rəisi və Şəmkir SES TQİ-nin rəis müavini vəzifəsində çalışıb. 1983-cü ildən 1986-cı ilə kimi Yenikənd SES TQİ-nin rəisi vəzifəsində fəaliyyət göstərib. 1986-1989-cu illərdə "Azərenerjitikinti" Trestində layihə-smeta şöbəsinin rəisi, 1989-1993-cü illərdə "Azərenerjitikinti" Trestinin rəis müavini vəzifəsində çalışıb. 

1993-cü ildə SSRİ-İran dövlətlərinin müştərək tikdiyi Xudafərin və Qız-Qalası hidrokompleksi layihəsinin SSRİ tərəfindən direktoru işləyib. 1997-ci ilə kimi "Azərenerjitikintiquraşdırma" Şirkətində vitse-prezident vəzifəsində olub, İran İslam Respublikası ərazisində şirkət tərəfindən tikilən iki su qovşağı layihəsinə rəhbərlik edib. 

Əli Məmmədov 1997-ci ildən bu günə kimi Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru vəzifəsində çalışır. İşlədiyi müddət ərzində keçmiş dövrün müxtəlif mükafatları ilə təltif olunub. 9 aprel 2010-cu ildə İlham Əliyev ölkənin tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə Məmmədov Əli Abdulla oğlunu “Əməkdar Mühəndis” fəxri adı ilə təltif edib.

AzerTaym.az






Fikirlər