Vüqar Qaradağlının milyonluq mülkləri,avtomobillər... — SİYAHI

Vüqar Qaradağlının milyonluq mülkləri, mənzillər, avtomobillər — EKSKLÜZİV SİYAHI

ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının varidatının siyahısı yayılın. Ölkə.az-ən yaydığı həmin siyahını təqdim edirik: 

- Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi, ev 518. Üçmərtəbəli villa
- Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. "Neo MMC"dən 4 otaqlı mənzil
- Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28
- Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil
- Quba rayonunda üçmərtəbəli villa 
- Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər "ATV-nin villaları" adıyla tanıyır)
- Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri - Nyu Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V.Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır.
- Türkiyədə, Quş adası istirahət bölgəsində ev
- Bodrumda mənzil
- Antalyada ikiotaqlı mənzil 
- İstanbulda  "Molos İstanbul" adlanan kompleksdə mənzil. Qeyd edək ki, bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır.
- Bayraq Meydanının yaxınlığında "Panorama" restoranı (qayını Rauf Dadaşovla şərik) 
Avtomobillər
- Ən son model 2 ədəd "Audi" markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, "Audi"lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı 241-dir.
- İki ədəd son model "Lexus" avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir. 
- Bir ədəd "Nissan patrol". Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır.
- Mercedes S Class
Qeyd edək ki, V.Qaradağlı bu posta təyin edilərkən ATV-yə "Rent a car"dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan "Nissan Patfhinder" markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub.






Fikirlər