Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!

Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!Gədəbəylilər işıqlı sabaha aparan yolu aydın görürlər.

Onlar gələcəyə bəzi qüvvələrin gözə soxmağa çalışdıqları əyri prizmadan deyil, öz nikbin nəzərləri ilə baxırlar


Budur, 2014-cü il də sona yaxınlaşmaqdadır. Hamı, vətəndaş birlikləri, əmək kollektivləri qanrılıb ilin əvvəlindən keçdiyi yola baxır, ümumiləşdirmə aparıb nəticələr çıxarmağa çalışır, gördüyü işlərə qiymət vermək istəyir, qarşıdakı ildə həyata keçirəcəyi məqsəd və vəzifələri müəyyənləşdirir.

Hər kəs həm öz fəaliyyətinə nəzər salır, həm də cəmiyyətə necə təsir bağışladığını, müxtəlif baxış bucağından necə göründüyünü öyrənməyə çalışır. Əlbəttə, heç kəs istəməz ki, onun fəaliyyətinə qeyri-obyektiv, həm də mənfi qiymət versinlər, əsassız tənqidə, yersiz qınağa tuş gəlsin. Son vaxtlar belə qeyri-sağlam tənqidi münasibətə ünvan olan Gədəbəy rayon rəhbərliyi bu cür yazı müəlliflərinin qoşulduqları qara piar kampaniyasının da iflasa uğrayacağını yaxşı bilir. Çünki müşahidə olunan bütün müsbət meyllər 2014-cü ilin də uğurlu göstəricilərlə yekunlaşacağını vəd edir.

Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY! Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının doqquz aylıq göstəricilərini əks etdirən hesabatda açıqlandı ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 14,2 faiz artıb. Kənd təsərrüfatı məhsulları 151 milyon 329 min 600 manat (5,4 faiz çox) pərakəndə əmtəə dövriyyəsinin həcmi 93 milyon 955 min 800 manat (44,6 faiz çox) ümumi məhsul istehsalının həcmi 296 milyon 306 min 200 manat (14,2 faiz çox), orta aylıq əmək haqqı 340,3 manat təşkil edib (0,4 faiz çox). Rayon üzrə ilin əvvəlindən doqquz ay ərzində 586 yeni iş yeri açılıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,9 faiz və ya 237 iş yeri çoxdur.

İl ərzində rayonda bir sıra tikinti-quruculuq-abadlıq işləri görülmüş və hal-hazırda da davam etdirilməkdədir. Elə bu günlərdə 59 min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən vəsait ayrılması barədə ölkə başçısının Sərəncamı açıqlandı. Şübhə yoxdur ki, hörmətli cənab Ramiz Yediyarovun başçılıq etdiyi Gədəbəy Rayon İcra Hakimiyyəti bu maliyyə vəsaitinin təyinatı üzrə və səmərəli xərclənməsini təmin edəcək.
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY! Bu məqamda qeyd etməyə dəyər ki, ümumiyyətlə, Gədəbəy rayonunda idarə, müəssisə və təşkilatlarda maliyyə intizamına riayət edilməsi işinə güclü nəzarət vardır. Rayon Maliyyə İdarəsi öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir, “Dövlət Büdcəsi haqqinda”, “Dövlət Satınalmaları haqqında” qanunların tələblərinə əməl olunmasına ciddi nəzarət edir.

Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri dəyişəndən sonra yerlərdə də kadr islahatı aparıldı və yerli strukturların “təsadüfi şəxslərdən təmizlənməsi” prosesi getdi. Bu, əslində tərəqqi meyli olsa da, bir mənfi tendensiya ilə müşahidə olundu: Əyalətlərdəki sosial-müdafiə idarələrinin rəhbər və funksioner vəzifəli şəxslərini korrupsiyada ittiham etmək bəzi dairələrdə bir növ dəbə çevrildi. Bu xoşagəlməz söz-söhbətlər Gədəbəy rayonundan da yan keçmədi. Ancaq bu əsassız söhbətlərə baxmayaraq, rayonda əhalinin sosial müdafiəsinin təmin olunması istiqamətində əhəmiyyətli işlər görülür. Bu sahədə dövlət siyasətini həyata keçirən yerli qurumlar - Sosial Müdafiə Fondunun Gədəbəy rayon Şöbəsi, Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi fəaliyyətlərini qanunvericiliyin tələblərinə əsasən, eləcə də dövlət başçısının sərəncamları, müvafiq nazirliklərin əmr və göstərişləri, həmçinin yerli icra hakimiyyətinin tövsiyə və tapşırıqları əsasında qurur, pensiya və müavinətlərin, ünvanlı sosial yardımların dürüst təyinatını, vaxtında ödənilməsini təmin edirlər.

Rayonda rabitə və poçt xidmətinin keyfiyyəti davamlı yaxşılaşır, Gədəbəy rayon Telekommunikasiya Qovşağı həm rabitə və internet xidmətlərindən istifadə edən abunəçilərin sayının artması, həm də onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi yönündə əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Buna baxmayaraq, bu müstəvidə gedən tərəqqini gözü götürməyən “ağzıgöyçəklər” söylənirlər ki, guya Gədəbəydə əhalini paytaxtın yuxarı instansiyalarına internet üstündən şikayət ünvanlamaq imkanından məhrum etmək üçün təcridedici İKT siyasəti yürüdülür. Bu suçlamanın da heç bir əsasa söykənmədiyini asanlıqla müşahidə etmək olar.

Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!Gədəbəydə təhsilin vəziyyətindən gileylənənlərin ictimaiyyətə açıqlanan şikayətlərinə nəzər yetirəndə, məlum olur ki, əslində rayonun təhsil sistemində müşahidə olunan nöqsan və çatışmazlıqlar ümumən respublikanın az qala bütün təhsilinə xas olan, demək olar ki, bütün bölgələrdə rast gəlinən “orta statistik” neqativ hallardandır. Əlbəttə, iş olan yerdə nöqsan da olmalıdır. Büdrəmə o yerdə yoxdur ki, orada hərəkət də olmasın. Ancaq gözləri yalnız pislik axtaranlar zərrəbinlə tapdıqları belə halları şişirdərək az qala faciə kimi təqdim edir, ictimai rəyi aldatmağa çalışırlar. Əslində isə, Azərbaycan elminə, ədəbiyyatına, mədəniyyətinə görkəmli ziyalılar bəxş eləmiş Gədəbəy təhsili, Gədəbəy məktəbi bu gün öz keçmiş gözəl ənənələrinə sadiq qalaraq, günün çağırışlarına hay verir. Rayonda təhsildə bütün komponentlər üzrə müsbətə doğru keyfiyyət dəyişiklikləri baş verməkdədir. Mühüm kriterilərdən sayılan məzunların ali məktəbə qəbul göstəriciləri ildən-ilə yaxşılaşır. Gədəbəy məktəblərinin şagirdləri respublika miqyaslı yarış və müsabiqələrdə uğurla çıxış edərək, yaddaqalan nəticələrə imza atırlar.

Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!













Dövlətin mədəniyyət siyasəti də Gədəbəydə uğurla həyata keçirilir. Bəllidir ki, bu eldə söz, aşıq sənətinin nümayəndələrinin qazandıqları şöhrət hətta respublikanın da hüdudlarını aşaraq dünyaya yayılmışdır. Rayonun başı qarlı dağları, yaşıl meşələri, səfalı bulaqları buranı turistlər üçün cəlbedici edir. Odur ki, Gədəbəydə turizmin inkişafı üçün potensial imkanların hərəkətə gətirilməsi naminə nəzərəçarpan işlər görülüb, infrastruktur yaxşılaşdırılıb, otel və mehmanxanalar istifadəyə verilib.

Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!


















Azərbaycanın qərb qurtaracağında yerləşən düşmənlə həmsərhəd olan Gədəbəy rayonunun dağları kimi vüqarlı, bulaqları kimi saf vətəndaşları ağı qaradan, pisi yaxşıdan seçməyi bacarırlar. Onlar gələcəyə radikalların gözə soxmağa çalışdıqları əyri prizmadan deyil, öz nikbin nəzərləri ilə baxırlar, işıqlı sabaha aparan yolu aydın görürlər.

.Biz də "AzerTaym.az" olaraq bu yolda onlara bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayırıq.


Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!
Dağlar qoynunda gözəlləşən diyar - GƏDƏBƏY!






Fikirlər