Azərbayacana leysan yağıb - FAKTİKİ HAVA

Ölkə ərazisində noyabrın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTaym.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-21, Lənkəran-Astara zonasında 4-52, Böyük Qafqazda 2-21, Mərkəzi Aran rayonlarında 3-19, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan MR-da 3-16 mm olub.

 






Fikirlər