Deputat: “Seçicilərin bu suallarına cavab verməkdə ÇƏTİNLİK ÇƏKİRƏM”

Deputat: “Seçicilərin bu suallarına cavab verməkdə çətinlik çəkirəm”

"Bu il şəhid ailələri və Qarabağ əlillərinin mənzillə təminatı üçün Maliyyə Nazirliyi vəsait ayıracaqmı?"

AzerTaym.az bu sualla Milli Məclisdə millət vəkili Əflatun Amaşov çıxış edib.

Millət vəkili bildirib ki, 3 il əvvəl Saatlıda şəhid ailələri və əlillər üçün evlərin tikintisinə başlanmalı idi. Lakin işlər yarımçıq qalıb:

Səbəb də odur ki, Maliyyə Nazirliyi vəsait ayırmır. Hətta evlərin bünövrəsi də qoyuldu. Hər dəfə rayonda seçicilərlə görüşəndə onların bu mövzuda suallarına cavab verməkdə çətinlik çəkirəm. İndi mənim üçün maraqlıdır ki, növbəti il üçün dövlət büdcəsindən həmin evlərin tikintisinə vəsait ayrılacaqmı?






Fikirlər