Təcridxanaya rəis TƏYİN EDİLDİ

Təcridxanaya rəis təyin edildi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.

“AzerTaym” Trend-ə istinadən xəbər verir ki, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib.

17 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə isə hələlik təyinat olmayıb.

Qeyd edək ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov noyabrın 27-də vəzifəsindən azad olunaraq, 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib.






Fikirlər