Millət vəkilindən xoş xəbər: 2015-də ARTIM OLACAQ

Millət vəkilindən xoş xəbər: 2015-də ARTIM OLACAQPrezident İlham Əliyev Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov 2015-ci ilin dövlət büdcəsindən danışarkən Aktual.az-a bildirib ki, 2014-cü ilə nisbətən 2015-ci ildə bütün sahələrdə artım gözlənilir: "2014-cü ilin büdcəsinin icrası hələ yekunlaşmayıb. 2015-ci ilin büdcəsində müəyyən layihələrə, bir az çox vəsait ayrılıb. O cümlədən də, yaşayış minimumuna da, ehtiyac meyarı da 2015-ci ilin büdcəsində artırılıb. Həkimlərin, müəllimlərin maaşlarına da baxılacaq.
Büdcədə həkimlərin maaşında 4.4 faiz artım göstərilib. Sosial layihələrə ayrılan vəsait təxminən büdcənin 27 faizini təşkil edir. 2015-ci ildə iki əlamətdar layihə həyata keçiriləcək. Bunalardan biri Avropa Olimpiya oyunları ilə əlaqədar 1.3 milyard vəsait ayrılıb. Bakı-Ərzurum-Qars kəmərinin çəkilməsi ilə bağlı və "Cənub axını"na 1 milyarda qədər vəsait ayrılıb. Bu kəmər həm iqtisadi, həm də siyasi cəhətdən ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. 2014-cü ilə nisbətən 2015-ci ildə bütün sahələrdə artım gözlənilir".






Fikirlər