İQTİSADİYYAT Nazirliyində YENİ TƏYİNAT

İqtisadiyyat Nazirliyində yeni təyinat

İqtisadiyyat Nazirliyinin tabeliyindəki agentliyə yeni təyinat olub.

Nazirliyin nəzdində fəaliyyət göstərən Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində icraçı direktor vəzifəsinə təyinat olub.

Publika.az xəbər verir ki, icraçı direktor vəzifəsinə iqtisadiyyat naziri Şahin Mustafayevin əmri ilə Orxan Məmmədov təyin edilib.

Xatırladaq ki, Orxan Məmmədov 1984-cü il iyul ayının 1-də Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, 2009-cu ildə isə Odlar Yurdu Universitetinin Biznes administrasiyası üzrə magistr dərəcəsini bitirib. 2012-ci ildə Azərbaycan İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsil alıb.

Orxan Məmmədov əmək fəaliyyətinə 2006-cı ildən Sənaye və Energetika Nazirliyində başlayıb, 2007-ci ilin martından 2018-ci ilin fevralınadək İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, məsləhətçidən şöbə müdiri vəzifəsinə yüksəlib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin 2-17-ci il 28 dekabr tarixli fərmanı ilə yaradılıb.






Fikirlər