İTGİN DÜŞƏN alpinistlərlə bağlı SON MƏLUMAT - Rəsmi

İtkin düşən alpinistlərlə bağlı SON MƏLUMAT - Rəsmi

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı yayılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Alpinistlərin axtarışları ilə əlaqədar martın 28-də FHN-də əməliyyat müşavirəsi keçirilib. Əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak edib. Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bugünədək görülən işlər təhlil olunub, hava şəraitinin istiləşməsi ilə əlaqədar axtarışlar üçün yaranan əlverişli şərait nəzərdən keçirilmiş və müvafiq göstərişlər verilib. Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.

Qeyd edək ki, FHN tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.​

AzerTaym.az

 






Fikirlər