"ƏSGƏRAN ŞƏRABI": Yerevanı SAXTALAŞDIRMAYA GÖRƏ nə gözləyir?

"Əsgəran şərabı": Yerevanı saxtalaşdırmaya görə nə gözləyir?

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Azərbaycanın işğal olunmuş ərazilərdə istehsal olunan şərabı reklam edib.

Balayan öz "Twitter" səhifəsində içkinin fotosunu paylaşaraq "Əsgərandan yeni şərab" yazıb.

Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan şərabın şüşəsində Ermənistan məhsulu yazılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev ticarət nişanlarının saxtalaşdırmasına münasibət bildirib.

H.Hacıyev öz "Twitter" səhifəsində yazıb ki, Ermənistanın Xarici İşlər Nazirliyi ticarət nişanlarının saxtalaşdırması üzrə Yerevanın siyasətini ifşa edib.

"Ermənistan ticarət nişanlarını saxtalaşdıraraq digər ölkələrin gömrük strukturlarını aldatmağa çalışır, hansılar ki, işğal edilmiş Dağlıq Qarabağda istehsal olunan malları buraxmırlar", - XİN mətbuat katibi qeyd edib.

Qeyd edək ki, ticarət nişanından qeyri-qanuni istifadəyə görə Yerevan mülki, inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər.oxu.az

 AzerTaym.az






Fikirlər