Haqqı danan nankorlar və yaxud təfəkkürü olmayanlar "TƏFƏKKÜR"dən danışır

Haqqı danan nankorlar və yaxud təfəkkürü olmayanlar "TƏFƏKKÜR"dən danışır İndi hər hansı şəxs və ya obyekt haqqında ictimai rəyi öyrənmək üçün ən asan üsul kimi internetdə onun adı ətrafında informasiya axtarmaq metodu seçilir.

Az qala hamı üçün əlverişli olan bu informasiya məkanında isə əyri ilə düz məlumatı bir-birindən ayırd etmək bəzən çətin olur.


Xalq şairi Qabil demişkən,

Aşıb-daşır kitab seli, kitab ümmanı,

Can oxucu, qızıl ilə xəzəli tanı…

Həqiqət elə bir müqəddəs dəyərdir ki, onu həmişə yalanlar korteci müşayiət edir. Ağ yalanları ifşa etmək çətin deyildir. Yalanların ən qorxulusu isə həqiqətin azacıq təhrif olunmuşudur. Bu yerdə bir rus məsəlini xatırlatmağa dəyər: “Ustami mladentsa qlaqolit istina” (“Həqiqət uşaq dilində danışır” - red.). Odur ki, hər hansı bir hadisə haqqında gerçəyi öyrənmək üçün hal şahidinin yaşı azdırsa, demək, hələ həqiqətə yalan qatmayacaq qədər məsumdur. Cəmiyyətin güzgüsü sayılan kütləvi informasiya vasitələri də ən azından orta məktəb haqqında məlumat toplayarkən şagirdlərdən, ali məktəb barədə yazı hazırlayarkən tələbələrin özündən söz soruşmağın, cavab almağın vacibliyini nəzərə almalıdırlar. Çünki hər halda məhz yetişməkdə olan nəslin nümayəndələrinin deyəcəkləri həqiqətə daha yaxın olar. Azı o səbəbə görə ki, onlarda hələ yalan yetişməyib. Onların söylədiklərinə inanmamaq elə öz gələcəyimizi qabaqcadan şübhə altına almağımız anlamına gələr.

Haqqı danan nankorlar və yaxud təfəkkürü olmayanlar "TƏFƏKKÜR"dən danışırHaqqı danan nankorlar və yaxud təfəkkürü olmayanlar "TƏFƏKKÜR"dən danışırOdur ki, "TƏFƏKKÜR" Universiteti barədə əldə etdiyimiz informasiyalar sırasında ilk növbədə bu ali təhsil müəssisəsinin bir tələbəsinin qeydlərini önə çəkmək qərarına gəldik:


“…Qısa müddətdə oxumağıma baxmayaraq, bura mənim üçün doğma elm məbədinə çevrildi. Qrup yoldaşlarım, ünsiyyətdə olduğum tələbə dostlarım da oxuduğumuz ali məktəbə eynən bu münasibətdədirlər. İlk gündən hiss etdik ki, müəllimlərimizin tələbkarlığı ilə yanaşı qayğıkeşliyi, bizə hər hansı məsələdə düzgün yol seçməkdə kömək etmələri, aldığımız bilgilər gələcəkdə əsl mütəxəssis kimi yetişməyimizə öz töhfələrini verəcəkdir. Oxuduğumuz müddətdə müşahidələrimiz, təhsilin səviyyəsi və universitetin həyatında baş verən yeniliklər bir daha, ali təhsil ocağı kimi "TƏFƏKKÜR" Universitetini seçməkdə yanılmadığımızı təsdiqləyirdi. Çünki burada ən yeni dövrün kadr hazırlığı prosesi həyata keçirilir… "

"TƏFƏKKÜR" Universitetinin öz üzərinə götürdüyü missiyanın qayəsi müstəqil Azərbaycan üçün yüksək təşkilatçılıq qabiliyyətinə malik bilikli və bacarıqlı, milli-mənəvi dəyərlərimizə sadiq, xalqını və vətənini ürəkdən sevən Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinin formalaşması və inkişafında mühüm rol oynayan biznes və sahibkarlıq sahəsində yüksək ixtisaslı kadrlar hazırlamaqdan ibarətdir.Burada biznes və sahibkarlıq sahəsində bilik almaq istəyən hər kəs də üçün geniş imkanlar yaradılır.

Haqqı danan nankorlar və yaxud təfəkkürü olmayanlar "TƏFƏKKÜR"dən danışırHaqqı danan nankorlar və yaxud təfəkkürü olmayanlar "TƏFƏKKÜR"dən danışırTam qanuni, lisenziya əsasında fəaliyyət göstərən "TƏFƏKKÜR" Uiversitetində idarəetmə,iqtisadiyyat və biznes sahələri üzrə geniş profilli mütəxəssislər hazırlamaq üçün Azərbaycan Respublikasının tanınmış alim və mütəxəssisləri çalışırlar.Universitetin məzunları müxtəlif sahələrdə - dövlət və özəl sektorlarda, həmçinin müstəqil biznes və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında dərin nəzəri biliklərə və geniş praktik təcrübəyə malik tanınmış professor-müəllim heyəti böyük əmək sərf edir.

Universitetdə tələbələrin elmi fəaliyyətini təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti, iqtisadi və sosial araşdırmalar aparmaq üçün tədqiqat mərkəzləri fəaliyyət göstərir. Burada biznes aləmi üçün faydalı olan bir çox mühüm mövzularda konfranslar, simpoziumlar, elmi seminarlar və mühazirələr təşkil edilir.

Haqqı danan nankorlar və yaxud təfəkkürü olmayanlar "TƏFƏKKÜR"dən danışırXüsusi vurğulamağa dəyər ki,"TƏFƏKKÜR" Universiteti öz məzunlarının məşğulluğunun təmini ilə də qayğılanır, onların cəmiyyətimizdə,ictimai həyatımızda yer tutmaları üçün dövlət və qeyri-dövlət qurulması ilə müştərək tədbirlər keçirir.

Bəlkə də çox ciddi-cəhdlə, necə deyərlər, “gündüz əldə çıraqla” axtarılsa,"TƏFƏKKÜR" Universitetinin tələbələri sırasından narazılığını ifadə edən kimisə tapmaq olar.
Lakin bir az daha artıq səy göstərilib araşdırılsa məlum olar ki, həmin gənc ya özünün səhlənkarlığı, ya kredit borcunu ödəməməsi, daxili nizam-intizam qaydasını pozması səbəbindən tələbələr sırasından xaric edilib, ya da özünün və ya yaxın adamlarının siyasi orientasiyasının şübhəliliyi səbəbindən yad təsirlərə məruz qalıb. Belələri çox asanlıqla qeyri-konstruktiv, radikal qüvvələrin təsir dairəsinə düşür, eyni zamanda pozucu KİV-in, “reket” jurnalistikanın “etibarlı informasiya mənbəyi”nə çevrilirlər. Amma bu da danılmaz həqiqətdir ki, müasir Azərbaycan cəmiyyəti, ələlxüsus da gənclik kifayət qədər yetkinləşib və aldığı informasiyanı öz fikir süzgəcindən keçirmədən inanacaq qədər sadəlövh deyildir.

Beləliklə, hörmətli alimlərimiz iqtisad elmləri doktoru, professor M.ATAKİŞİYEVİN
professor R.HÜSEYNOVUN yüksək təşkilatçılığı və rəhbərliyi ilə "TƏFƏKKÜR" Universiteti haqqında formalaşmış müsbət ictimai rəy ildən-ilə möhkəmlənməkdə davam edir...
Ümid etməyə dəyər ki, universitetin professor-müəllim heyəti və tələbə kontingenti bundan sonra da uğurlarının sırasını daima həvəslə artıracaqlar
.


Haqqı danan nankorlar və yaxud təfəkkürü olmayanlar "TƏFƏKKÜR"dən danışırHaqqı danan nankorlar və yaxud təfəkkürü olmayanlar "TƏFƏKKÜR"dən danışır






Fikirlər