SƏBAİLDƏ icra başçısını XANIM MÜAVİN əvəz edir

Xəbər verdiyimiz kimi, Bakının Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dünən yeni vəzifə verilib.

Prezident İlham Əliyevin sərəncamı ilə o, Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Digər sərəncamla Eldar Əzizov Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini təyin olunub. 

Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E.Əzizov birinci müavin kimi həm də şəhər meri səlahiyyətini icra edəcək.

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bu ilin aprelində Baş nazirin müavini vəzifəsinə aparılıb.

Bəs Eldar Əzizovu Səbaildə kim əvəz edir? Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda icra başçısı səlahiyyətlərini 1-ci müavin Xalidə Bayramova icra edir.

Qeyd edək ki, Xalidə Bayramova 12 ildən çoxdur Səbail Rayon İcra Hakimiyyətində rəhbər vəzifədə çalışır. O, 14 fevral 2006-ci il tarixində Səbail rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə, 11 iyul 2007-ci il tarixində isə başçının 1-ci müavini vəzifəsinə təyin edilib.
X.Bayramova 2011-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə Bakı şəhər 4 saylı İnternat məktəbində başlayıb, sonradan ixtisası üzrə «Azərittifaq»ın Ticarət bazasında, Tələbə və Məktəbli İaşə Trestində, «Morel Trade LLC» şirkətində, 2001-ci ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin  «Gömrük işinin təşkili» kafedrasında böyük laborant, kafedrada müəllim vəzifələrində çalışıb.
1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Səbail rayon təşkilatının sədr müavini, Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədridir. «Ziyalı Qadınlar Klubu»nun təsisçisi və sədridir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Tərbiyə müəssisələri nəzdində yaradılmış Himayəçilik şurasının sədridir.
Dövlət Qulluğunun müşaviri ixtisas dərəcəsini və «Xalq təsərrüfatının iqtisadiyyatı və idarə olunması üzrə namizədlik dissertasiyasını  müdafiə edərək İqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2017-ci ildə  "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.

AzerTaym.az

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi