“Nazir var, səhər yeməyini Bakıda yeyir, şamı Avropada...”

“Nazir var, səhər yeməyini Bakıda yeyir, şamı Avropada...”AKP-nin başqan köməkçisi Əkrəm Ərdəm CHP-li millət vəkillərinin hakim partiyanın dövlət əmlakını talaması haqda ittihamlarına cavab verib.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ə.Ərdəm hökumət nümayəndələrinin dövlət tərəfindən maşınla təmin edilməsi, baş nazir və prezidentə xüsusi təyyarələrin alınması haqda danışan CHP-li deputatların “dövlətin malını talayırsınız” deməsinə cavab olaraq bildirib ki, nəinki baş nazir və prezidentə, hətta bütün nazirlərə də təyyarə alınmalıdır.

Ə.Ərdəm prezident Ərdoğana Obamanın təyyarəsindən alınıb-alınmayacağı haqda danışarkən bunları deyir: “Aldığımız təyyarələrə qarşı çıxırlar. Deyirlər ki, prezidentin, baş nazirin niyə xüsusi təyyarəsi olsun. Baxın, nazirlərin da xüsusi təyyarəsi olacaq. Olmalıdır, bu, məcburidir. Çünki Türkiyəni başqa cür böyüdə bilmərik”.

AKP rəsmisi deyib ki, rəsmi səfərlər üçün nazirlərə təyyarə mütləq lazımdır.

O, daha sonra maraqlı bir fikir səsləndirib. AKP sözçüsü deyib Türkiyədə elə nazir var ki, səhər yeməyini Bakıda yeyir, naharı başqa yerdə: “Mən elə nazir tanıyıram ki, səhər yeməyini Bakıda yeyir, naharda Qazaxıstanda olur, axşam da Avropanın bir ölkəsində. Niyə? Çünki Türkiyə artıq dinamik ölkədir. Türkiyənin ətrafında partiyamız olduğu kimi iqtidarımız da dünyanın hər tərəfindədir”.






Fikirlər